Yuxarı

​Əhməd Davudoğlu: "Türkiyə hər zaman Azərbaycanın yanında olacaq"

Türkiyənin baş naziri: Bunu söz xatirinə demirik

Bakı. 3 dekabr. REPORT.AZ/ "Azərbaycanın işğal edilən torpaqlarının azad olunması üçün Türkiyə hər zaman Azərbaycanın yanında olacaq. Qafqazda sülh yaradılması üçün həyata keçirilən layihələrdə iştirak edəcəyik. Dünyada bir çox problemlərin həlli ərazi bütövlüyünə hörmət edilməsindən asılıdır".

"Report"un məlumatına görə, bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu Bakıya səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi birgə mətbuat konfransında bildirib.

Baş nazir qeyd edib ki, Cənubi Qafqaz regionu Azərbaycan ərazisinin 20 faizinin işğalı problemilə üz-üzədir: "Mən bildirmək istəyirəm ki, Türkiyə uzunmüddətli sülhün yaranması istiqamətində atılan bütün addımları dəstəkləyir.

Mən həmişə can Azərbaycan deyirəm. Türkiyədə hökumət başına kim gəlirsə, ilk ziyarətini Azərbaycana edir. Mən də ilk ziyarətimi mənəvi məmləkətim Bakıya etdim. Azərbaycan haradadırsa, Türkiyə də həmişə orada olacaq".

Ə.Davudoğlu bildirib ki, Azərbaycan bir çətinliklə üzləşsə, Türkiyə hər zaman Azərbaycanın yanında olacaq: "Bunu söz xatirinə demirik. Layihələri dəstəkləyirik. TANAP layihəsi qarşılıqlı əlaqələr əsasında əmələ gəlib. TANAP, Bakı-Tbilisi-Ceyhan kimi iki böyük layihələr var. TANAP-ın həyata keçilməməsi Avropaya da təsir edəcək. Bunu Avropa liderlərinə də söylədim. Ən etibarlı və təhlükəsiz xəttin Xəzər yolu olduğunu söylədim. Bunları Çindəki görüşlərimdə də bildirmişəm".

O, iki ölkə arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın davam etdiyini vurğulayıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi