Əfqanıstan Prezidenti: "Əminəm ki, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq əlaqələri daha da genişlənəcək"

Əfqanıstan Prezidenti: "Əminəm ki, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq əlaqələri daha da genişlənəcək" Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qani Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Xarici siyasət
28 May , 2021 12:54
Əfqanıstan Prezidenti: Əminəm ki, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq əlaqələri daha da genişlənəcək
İlham Əliyev və Əşrəf Qani

Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qani Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

"Report" xəbər verir ki, təbrik mətnində deyilir:

"Zati-aliləri.

Milli bayramınız - 28 May - Respublika Günü münasibətilə Əfqanıstan xalqı adından Sizə və qardaş Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırmaqdan şərəf duyuram.

Əminəm ki, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq əlaqələri daha da genişlənəcək, Azərbaycan Respublikası Sizin müdrik rəhbərliyiniz sayəsində daha sürətlə inkişaf edəcək. Yüksək səviyyəli qarşılıqlı rəsmi səfərlər ölkələrimiz arasında münasibətlərin inkişafına sadiqliyimizin təzahürüdür.

Zati-aliləri, bir daha Sizə möhkəm cansağlığı, müvəffəqiyyət, dost Azərbaycan xalqına isə səadət və tərəqqi arzulayıram".

Son xəbərlər

Orphus sistemi