Əfqanıstan prezidenti Azərbaycana səfər edəcək

Əfqanıstan prezidenti Azərbaycana səfər edəcək Rəsmi səfər zamanı Əfqanıstan və Azərbaycan arasında bir neçə sazişin imzalanması gözlənilir
Xarici siyasət
19 Dekabr , 2015 17:23
Əfqanıstan prezidenti Azərbaycana səfər edəcək

Bakı. 19 dekabr. REPORT.AZ/ Əfqanıstan İslam Respublikasının prezidenti Məhəmməd Əşrəf Qani Azərbaycana səfər edəcək.

Bu barədə “Report”a Əfqanıstanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Səfər dekabrın 22-də olacaq və bir gün davam edəcək.

Prezidenti səfərdə xarici işlər naziri, maliyyə naziri, milli təhlükəsizlik müşaviri, ticarət və sənaye naziri, əmək və sosial təhlükəsizlik naziri və digər yüksək rütbəli nümayəndələri müşayiət edəcək.
Rəsmi səfər zamanı Əfqanıstan və Azərbaycan arasında bir neçə sazişin imzalanması gözlənilir.

Son xəbərlər

Orphus sistemi