Əfqanıstan Prezidenti Azərbaycana rəsmi səfərə gəlib - FOTO

Əfqanıstan Prezidenti Azərbaycana rəsmi səfərə gəlib - FOTO Məhəmməd Əşrəf Qanini baş nazirin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar
Xarici siyasət
22 Dekabr , 2015 10:46
Əfqanıstan Prezidenti Azərbaycana rəsmi səfərə gəlib - FOTO

Bakı. 22 dekabr. REPORT.AZ/ Bu gün Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qani Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. “Report” xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qanini aeroportda Azərbaycan Respublikasının baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar.

Son xəbərlər

Orphus sistemi