Bakı. 1 dekabr. REPORT.AZ/ "Azərbaycan sülhməramlıları təhlükəsizliyimizə töhfə verir. Azərbaycan Prezidentinin təhlükəsizlik məsələlərində dəstəyi artırmağa hazır olmaları barədə bəyanatını alqışlayırıq".
"Report" xəbər verir ki, bunu Əfqanıstan Prezidenti Əşrəf Qani Bakıda “Asiyanın Qəlbi” - İstanbul Prosesi çərçivəsində “Güclü Asiyanın Qəlbi regionu naminə təhlükəsizlik və bağlılıq” mövzusunda 7-ci nazirlər konfransının açılış mərasimində çıxışı zamanı deyib.
O bildirib ki, Azərbaycan Əfqanıstana texniki dəstəyin ən yaxşı formasını təklif edir.
"İnvestisiyaların qarşılıqlı müdafiəsi və digər sahələrdə müqavilələrin imzalanmasını səbirsizliklə gözləyirəm", - Ə.Qəni söyləyib.