Əfqanıstan məsələsi üzrə Bakıda keçiriləcək iclasın ilkin tarixi açıqlanıb

Əfqanıstan məsələsi üzrə Bakıda keçiriləcək iclasın ilkin tarixi açıqlanıb "İclasın dəqiq tarixi prezidentin qrafikindən asılı olacaq"
Xarici siyasət
16 Avqust , 2017 11:26
Əfqanıstan məsələsi üzrə Bakıda keçiriləcək iclasın ilkin tarixi açıqlanıb

Bakı. 16 avqust. REPORT.AZ/ Əfqanıstan məsələsi üzrə "Asiyanın ürəyi - İstanbul Prosesi"nin növbəti iclası bu il dekabrın ortalarında Bakıda keçiriləcək.

Bu barədə "Report"a məlumatlı mənbə xəbər verib.

Bildirilib ki, iclas ilkin olaraq dekabrın 15-nə təyin edilib. Daha əvvəl xəbər verildiyi kimi, görüşdə Əfqanıstan Prezidenti Əşrəf Qani və xarici işlər naziri Səlahuddin Rəbbani iştirak etməlidir: "İclasın dəqiq tarixi prezidentin qrafikindən asılı olacaq."

Xatırladaq ki, bu il martın 17-də Bakıda "Asiyanın ürəyi - İstanbul Prosesi" prosesində iştirak edən ölkələrin yüksək səviyyəli rəsmilərinin iclası keçirilib. Azərbaycan bu tədbirə prosesin builki həmsədri kimi ev sahibliyi edib.

Son xəbərlər

Orphus sistemi