Bakı. 9 noyabr. REPORT.AZ/ Efiopiya Federativ Demokratik Respublikasının "EBC" dövlət televiziyası xarici işlər naziri Elmar Məmmədyarovun bu ölkəyə rəsmi səfəri və Efiopiya Prezidenti Mulatu Teşome ilə görüşünə dair reportaj hazırlayıb.
"Report" Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verir ki, reportajda Elmar Məmmədyarovun yerli KİV-lərə verdiyi müsahibəsi də yer alıb.