Yuxarı

Dubay əmiri Azərbaycana rəsmi səfərə gəlib

Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb

Bakı. 1 aprel. REPORT.AZ/ Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və baş naziri, Dubay əmiri əlahəzrət Şeyx Məhəmməd bin Rəşid əl-Məktum aprelin 1-də Azərbaycana rəsmi səfərə gəlib. 

"Report" xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Əlahəzrət Şeyx Məhəmməd bin Rəşid əl-Məktumu hava limanında Azərbaycanın baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi