Dövlət Turizm Agentliyi və Energetika Nazirliyi BMT-nin "Davamlılıq Həftəsi"ndə iştirak edəcək

Dövlət Turizm Agentliyi və Energetika Nazirliyi BMT-nin "Davamlılıq Həftəsi"ndə iştirak edəcək Dövlət Turizm Agentliyi və Energetika Nazirliyi BMT-nin "Davamlılıq Həftəsi"ndə iştirak edəcək.
Xarici siyasət
9 Aprel , 2024 21:51
Dövlət Turizm Agentliyi və Energetika Nazirliyi BMT-nin Davamlılıq Həftəsində iştirak edəcək

Dövlət Turizm Agentliyi və Energetika Nazirliyi BMT-nin "Davamlılıq Həftəsi"ndə iştirak edəcək.

"Report"un ABŞ bürosu xəbər verir ki, "Davamlılıq Həftəsi" BMT Baş Assambleyasının 78-ci sessiyasının prezidenti, Trinidad və Tobaqonun sabiq baş naziri və BMT yanında daimi nümayəndəsi Dennis Frensisin təşəbbüsü ilə təşkilatın tarixində ilk dəfə keçiriləcək.

Tədbir 15-19 aprel tarixində BMT-nin Nyu-Yorkdakı qərargah binasında baş tutacaq.

Assambleya prezidenti jurnalistlərə açıqlamasında bildirib ki, həftədə davamlı inkişaf və infrastruktur, turizm, nəqliyyat, enerji və davamlılıq kimi qlobal problemlərin həlli istiqamətində mühüm müzakirələr aparılacaq: "Dünyada 650 milyon insanın elektrik enerjisindən istifadə edə bilmir, Təxminən 800 milyon ac insan var".

Həftədə BMT-yə üzv olan 193 ölkədən dövlət və hökumət nümayəndələrinin iştirakı ilə qlobal problemlərin həlli istiqamətində mühim addımların atılması planlanılır.

Son xəbərlər

Orphus sistemi