Dövlət Dumasının deputatı: “Heydər Əliyev həyatını xalqına xidmətə həsr edib”

Dövlət Dumasının deputatı: “Heydər Əliyev həyatını xalqına xidmətə həsr edib” “Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev həyatını xalqına xidmətə həsr edib”.
Xarici siyasət
1 İyun , 2023 12:43
Dövlət Dumasının deputatı: “Heydər Əliyev həyatını xalqına xidmətə həsr edib”

“Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev həyatını xalqına xidmətə həsr edib”.

“Report” xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı Kazbek Taysayev Bakıda keçirilən “Heydər Əliyev - müasir müstəqil Azərbaycanın memarı və Azərbaycan multikulturalizminin banisidir” mövzusunda beynəlxalq konfransda deyib.

Onun sözlərinə görə, Heydər Əliyev ölkə üçün ən ağır dövrdə hakimiyyətə gəlib: “Bu müddət ərzində o, iqtisadiyyatı bərpa edə bilib, Azərbaycan xalqını parlaq gələcəyə inandırmağa nail olub. O, həm də yeni müstəqil Azərbaycanda yeni səhifə açıb”.

O əlavə edib ki, böyük liderin sayəsində Azərbaycanın beynəlxalq aləmdə nüfuzu artıb.

K.Taysayev qeyd edib ki, Heydər Əliyev Rusiya ilə Azərbaycan arasında dostluq əlaqələrinin inkişafına böyük töhfə verib.

Son xəbərlər

Orphus sistemi