Dövlət Departamenti Bakı ilə İrəvanın Berlin görüşünü şərh etməyib

Dövlət Departamenti Bakı ilə İrəvanın Berlin görüşünü şərh etməyib ABŞ-nin Dövlət Departamenti Azərabaycanın xarici işlər naziri Ceyhun Bayramov və ermənistanlı həmkarı Ararat Mirzoyanın Almaniyanın paytaxtı Berlində keçirilməsi nəzərdə tutulan görüşü şərh etməyib.
Xarici siyasət
28 Fevral , 2024 03:10
Dövlət Departamenti Bakı ilə İrəvanın Berlin görüşünü şərh etməyib

ABŞ Dövlət Departamenti Azərabaycanın xarici işlər naziri Ceyhun Bayramov və ermənistanlı həmkarı Ararat Mirzoyanın Almaniyanın paytaxtı Berlində keçirilməsi nəzərdə tutulan görüşünü şərh etməyib.

“Report” xəbər verir ki, Dövlət Departamentinin mətbuat katibi Mettyu Miller ona verilmiş müvafiq suala şərh verməyərək tərəfləri “uzunmüddətli razılığa gəlməyə” çağırıb.

“Xarici işlər nazirləri sabah Berlində görüşəcəklər. Bilirəm ki, katib (Entoni Blinken) dekabr ayından onları burada, Vaşinqtonda görmək istəyirdi. Bu, Vaşinqton prosesinin sonu deməkdirmi? Bundan başqa, sabahkı (bu gün, fevralın 28-də - red.) görüşdən gözləntiniz nədir?”, – deyə jurnalist sözçüyə brifinqdə sual ünvanlayıb.

“Heç bir anonsum yoxdur, sadəcə biz hər iki tərəfi davamlı, uzunmüddətli razılaşma əldə etməyə çalışmağa təşviq etməyə davam edirik”, – mətbuat katibi cavab verib.

Xatırladaq ki, fevralın 28-29-da Almaniyanın paytaxtı Berlində Azərbaycan və Ermənistan XİN başçıları Ceyhun Bayramovla Ararat Mirzoyan arasında görüş olacaq.

Fevralın 27-də Ceyhun Bayramov Almaniyaya işgüzar səfərə yola düşüb. Səfər çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında “Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında ikitərəfli saziş” layihəsi üzrə danışıqların növbəti raundunun, habelə Almaniyanın rəsmi şəxsləri ilə görüşlərin keçirilməsi nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi