Dövlət başçısı: "Azərbaycanda təhsil alan tacik tələbələrin sayının artırılmasına şərait yaradılacaq"

Dövlət başçısı: "Azərbaycanda təhsil alan tacik tələbələrin sayının artırılmasına şərait yaradılacaq" "Azərbaycanda təhsil alan tacik tələbələrin sayının artırılmasına şərait yaradılacaq".
Xarici siyasət
5 Aprel , 2023 20:10
Dövlət başçısı: Azərbaycanda təhsil alan tacik tələbələrin sayının artırılmasına şərait yaradılacaq

"Azərbaycanda təhsil alan tacik tələbələrin sayının artırılmasına şərait yaradılacaq".

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Düşənbədə Tacikistan Prezidenti Emoməli Rəhmon ilə birgə mətbuata bəyanatında bildirib.

Dövlət başçısı deyib ki, tacik xalqının görkəmli nümayəndələrinin abidələrinin yaradılmasının Azərbaycan nümayəndələrinə etibar edilməsi böyük etimad, dostluq, qardaşlıq deməkdir: "Biz onu da bilirik ki, Tacikistanda dahi Azərbaycan şairi, doğma Gəncədə doğulmuş, yaşamış və orada dünyasını dəyişmiş Nizami Gəncəvini sevirlər və ona ehtiram bəsləyirlər. Bu mədəni bünövrə bu gün bütün istiqamətlər üzrə fəal qarşılıqlı əlaqələr üçün zəmin yaradır. Tacikistandan olan 50-yə yaxın kursant bu gün Azərbaycanın Müdafiə Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin tədris müəssisələrində təhsil alır: “Biz tacik tələbələrin sayının artırılmasına şərait yaratmağı qərara aldıq. Əlbəttə, əminəm ki, azərbaycanlı tələbələr də böyük sevinc və istəklə burada, Tacikistanda təhsil ala bilərlər”.

Son xəbərlər

Orphus sistemi