“İki ölkə arasındakı münasibətlər mehriban qonşuluq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanmalıdır. Şübhəsiz ki, Azərbaycan və Rusiya xalqları arasında dərin tarixi köklərə malik olan qardaşlıq əlaqəsi belə münasibətlərə nümunədir”.
“Report”un Rusiya bürosunun verdiyi məlumata görə, bunu Rusiya Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev deyib.
Azərbaycan və Rusiya arasındakı münasibətləri şərh edən siyasətçi bunun möhkəm oduğunu bildirib: “Ölkələrimiz ənənəvi olaraq davamlılığın qorunmasına, tarixə və əcdadlarımızın qəhrəmanlıqlarına hörmətə, mədəni və mənəvi dəyərlərə xüsusi önəm verir. Əminəm ki, göstərilən mövzunun hərtərəfli müzakirəsi təkcə tarixə marağın artmasına deyil, həm də Azərbaycan və Rusiyanın inkişafına yönəlmiş bütöv bir siyasətin formalaşdırılmasına xidmət edəcək”.