Dmitri Peskov: "Rusiya və Azərbaycan prezidentləri arasında etimada əsaslanan münasibətlər yaranıb"

Dmitri Peskov: "Rusiya və Azərbaycan prezidentləri arasında etimada əsaslanan münasibətlər yaranıb" Bakı. 3 oktyabr. REPORT.AZ/ Rusiya və Azərbaycan prezidentlərinin görüşlərinin yekunları olduqca müsbətdir.
Xarici siyasət
105
3 Oktyabr , 2018 16:05
Dmitri Peskov: Rusiya və Azərbaycan prezidentləri arasında etimada əsaslanan münasibətlər yaranıb
0 : 00
0 : 00

Bakı. 3 oktyabr. REPORT.AZ/ "Rusiya və Azərbaycan prezidentlərinin görüşlərinin yekunları olduqca müsbətdir".

"Report" AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. 

O vurğulayıb ki, Rusiya Prezidenti Vladimir Putin ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında etimada əsaslanan tərəfdaşlıq münasibətləri ən mürəkkəb məsələləri müzakirə etməyə imkan verir.

D.Peskov deyib ki, iki ölkə arasında çoxşaxəli münasibətlər var: "Buraya hansı məsələlər daxil olduğunu özünüz bilirsiniz. Bizim ənənəvi ikitərəfli münasibətlərimiz olduqca çoxcəhətlidir, ölkələrimizin xalqları isə həqiqətən qardaş xalqlardır. Bizi birləşdirən ortaq tariximiz var və şübhə etmirik ki, bundan sonrakı tariximiz də ortaq olacaq”.

Son xəbərlər

Orphus sistemi