Yuxarı

Diplomatik missiyası başa çatan Rumıniya səfiri Bakıdan getdi: “Azərbaycan hökumətinə təşəkkür edirəm”

“Rumıniya və Azərbaycan arasında münasibətlər daha da dərinləşib”

Bakı. 17 avqust. REPORT.AZ/ Diplomatik missiyasını başa vuran Rumıniya səfiri Daniel Kristian Çobanu Azərbaycanı tərk edib.

Rumıniyanın Azərbaycandakı səfirliyindən "Report" verilən məlumata görə, D.K.Çobanu fəaliyyətinin nəticələrini şərh edərkən bildirib ki, onun Bakıda diplomatik missiyaya başladığı andan etibarən Rumıniya və Azərbaycan arasında münasibətlər daha da dərinləşib, bir sıra tarixi səfərlər həyata keçirilib. Bundan başqa, diplomat Rumıniya səfirliyinin 4 mandat NATO-nun Azərbaycandakı əlaqə səfirliyi funksiyasını yerinə yetirdiyini vurğulayıb.

D.K.Çobanu həmçinin ölkədə fəaliyyəti ərzində daim onu dəstəkləyən Azərbaycan hökumətinə təşəkkür edib.

Qeyd edək ki, Rumıniyanın Azərbaycandakı səfiri vəzifəsində D.K.Çobanunu Dan Yanesku əvəzləyəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi