Yuxarı
    Bağlamaq

    Prezident İlham Əliyev: "Dinc vətəndaşlara qarşı yönəlmiş hər bir əməli qətiyyətlə pisləyirik"

    Azərbaycan Prezidenti Sankt-Peterburqda törədilən partlayışla əlaqədar rusiyalı həmkarına başsağlığı verib© Azertag.az

    Bakı. 3 aprel. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Rusiya prezidenti Vladimir Putinə başsağlığı məktubu ünvanlayıb. 

    "Report"un məlumatına görə, mətndə deyilir:  

    "Hörmətli Vladimir Vladimiroviç.

    Sankt-Peterburq metrosunda baş vermiş partlayış nəticəsində insan tələfatı haqqında xəbər məni dərindən sarsıtdı.

    Biz heç bir təqsiri olmayan dinc vətəndaşlara qarşı yönəlmiş hər bir əməli qətiyyətlə pisləyirik.

    Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Zərərçəkmişlərin hamısının tezliklə sağalmasını arzu edirəm".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi