Din Tao: "Çin Orta Dəhlizə böyük əhəmiyyət verir"

Din Tao: "Çin Orta Dəhlizə böyük əhəmiyyət verir" Çin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM - Orta Dəhliz) inkişafına böyük əhəmiyyət verir.
İnfrastruktur
5 İyul , 2024 10:34
Din Tao: Çin Orta Dəhlizə böyük əhəmiyyət verir

Çin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM - Orta Dəhliz) inkişafına böyük əhəmiyyət verir.

“Report” xəbər verir ki, bunu Çinin Azərbaycandakı müvəqqəti işlər vəkili Din Tao Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Dövlət Başçıları Şurasının iclasının yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

Diplomat qeyd edib ki, Çin və Azərbaycan liderləri iyulun 3-də Astanada keçirilən görüş çərçivəsində iki mühüm sənəd imzalayıblar: “Bunlardan biri Orta Dəhlizin, digəri isə “Bir kəmər, bir yol” təşəbbüsünün birgə inkişafına aiddir”.

D.Tao xatırladıb ki, 2024-cü ilin əvvəlindən Çinin bir sıra şəhərlərindən Xəzər dənizi vasitəsilə Azərbaycana 100-dən çox konteyner blok qatar göndərilib və bu da ötən illə müqayisədə təxminən 9 dəfə çoxdur:

“Hazırda Çin və Azərbaycan sahibkarları infrastruktur sahəsində əməkdaşlığı gücləndirmək və logistika səmərəliliyini artırmaq üçün əlaqələri davam etdirirlər”.

Çin “Bir kəmər, bir yol” təşəbbüsünün TBNM layihəsi ilə inteqrasiyasını birgə təşviq etməyə və təchizat zəncirinin sabitliyini birgə qorumağa hazırdır.

Son xəbərlər

Orphus sistemi