Diaspor Komitəsi Türkiyədəki aztəminatlı azərbaycanlılara yardım etdi

Diaspor Komitəsi Türkiyədəki aztəminatlı azərbaycanlılara yardım etdi Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü və dəstəyi ilə Türkiyənin İstanbul şəhərində kompakt şəkildə məskunlaşmış və müvəqqəti çətinliklərlə üzləşmiş 1 000-dən çox aztəminatlı ailəyə yardım göstərilib.
Xarici siyasət
23 May , 2020 01:32
Diaspor Komitəsi Türkiyədəki aztəminatlı azərbaycanlılara yardım etdi

Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü və dəstəyi ilə Türkiyənin İstanbul şəhərində kompakt şəkildə məskunlaşmış və müvəqqəti çətinliklərlə üzləşmiş 1 000-dən çox aztəminatlı ailəyə yardım göstərilib.

“Report”un yerli bürosu xəbər verir ki, məqsəd koronavirus pandemiyasının soydaşlarımıza mənfi təsirlərinin azaldılması, onların sosial müdafiəsinin yaxşılaşdırılması, eləcə də müqəddəs Ramazan bayramı münasibəti ilə həmvətənlərimizi təbrik etmək olub.

Komitənin təşəbbüsü ilə hazırlanmış ünvanlı siyahı əsasında və İstanbulda fəaliyyət göstərən Azərbaycan Təhsil və Mədəniyyət Dərnəyinin təşkilatçılığı ilə şəhərin Qaziosmanpaşa, Bayrampaşa, Küçükçəkməcə rayonunun Halkalı məhəlləsində məskunlaşmış 350-ə yaxın ailəyə, ümumilikdə isə 1 000 nəfərdən çox həmvətənimizə alış-veriş kartları təqdim olunub. Kartlara hər ailənin tərkibinə uyğun məbləğ yüklənib. Bu kartlar vasitəsilə soydaşlarımız şəhərdəki “Metro” mağazalar şəbəkəsindən alış-veriş edə biləcəklər.

Komitənin dəstəyi soydaşlarımız tərəfindən təqdir olunub. Onlar yüksək səviyyəli diaspor siyasəti yürüdən, xaricdə yaşayan soydaşlarımızın diqqət və qayğısına qalan Azərbaycan dövlətinə və rəhbərliyinə, bu siyasəti dəqiqliyi ilə yerinə yetirən Diasporla İş üzrə Dövlət Komitəsinə minnətdarlıqlarını bildiriblər.

Vüsalə Abbasova

Son xəbərlər

Orphus sistemi