Derek Hoqan: "Biz ABŞ-ın Azərbaycandakı səfirinin namizədliyinin təsdiq olunmasını səbirsizliklə gözləyirik"

Derek Hoqan: "Biz ABŞ-ın Azərbaycandakı səfirinin namizədliyinin təsdiq olunmasını səbirsizliklə gözləyirik" Müvəqqəti işlər vəkili ABŞ-ın Azərbaycanda səfirinin təyin olunması məsələsini şərh edib
Xarici siyasət
8 Dekabr , 2014 10:37
Derek Hoqan: Biz ABŞ-ın Azərbaycandakı səfirinin namizədliyinin təsdiq olunmasını səbirsizliklə gözləyirik
Bakı. 8 dekabr. REPORT.AZ/ "Biz ABŞ Senatının Xarici Əlaqələr üzrə Komitəsi tərəfindən ölkənin Azərbaycandakı səfirinin namizədliyinin təsdiq olunmasına şadıq. Bu addım onun namizədliyinin Senat tərəfindən tam olaraq təsdiq olunmasını yaxınlaşdırır. Ümid edirik ki, bu tezliklə baş tutar". Bu barədə "Report"a ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Derek Hoqan bildirib. 

"Biz ABŞ-ın Azərbaycandakı səfirinin namizədliyinin Senat tərəfindən təsdiq olunmasını səbirsizliklə gözləyirik", - D.Hoqan əlavə edib. 

Dekabr ayının 5-də ABŞ Senatının Xarici Əlaqələr üzrə Komitəsi  Robert Sekutanı Azərbaycanda səfir vəzifəsinə təsdiq edib. 

O, əvvəllər ABŞ Dövlət Departamentinin Energetika və biznes məsələləri Bürosunda dövlət katibinin köməkçisinin energetika, sanksiyalar və xammal məhsulları üzrə müavini vəzifəsində çalışıb.

Son xəbərlər

Orphus sistemi