Deputat Ramil Həsən Türkiyə səfiri ilə görüşüb

Deputat Ramil Həsən Türkiyə səfiri ilə görüşüb Ramil Həsən Türkiyənin fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçıya təşəkkürlərini ifadə edib
Xarici siyasət
5 May , 2021 16:47
Deputat Ramil Həsən Türkiyə səfiri ilə görüşüb
Cahit Bağçı və Ramil Həsən

Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvü, Milli Məclisin deputatı Ramil Həsən mayın 4-də Türkiyənin Azərbaycana yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı ilə görüşüb.

"Report" xəbər verir ki, görüş zamanı İkinci Qarabağ müharibəsindən sonra şəhid və qazi ailələri üçün qardaş Türkiyə tərəfindən həyata keçirilən çoxtərəfli yardımların ünvana və lazım olan qurumlara çatdırılmasını həyata keçirən "Tək Millət, Tək Ürək" Beynəlxalq Humanitar Platformasının fəaliyyəti ilə bağlı diplomata ətraflı məlumat verilib.

Həmçinin qazi və şəhid ailələri, o cümlədən onların övladlarının Türkiyənin verdiyi dəstəklə təhsil almalarının təmin edilməsi, "YAŞAT" Fondu ilə müəyyən olunan istiqamətlərdə ikili əməkdaşlıq və gələcəkdə atılacaq addımlar müzakirə edilib.

Səmərəli və faydalı görüş üçün deputat R.Həsən C.Bağçıya təşəkkürlərini ifadə edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Son xəbərlər

Orphus sistemi