Deputat: Fransız Polineziyasında vəziyyət müstəmləkəçilik siyasətinin davam etdiyini göstərir

Deputat: Fransız Polineziyasında vəziyyət müstəmləkəçilik siyasətinin davam etdiyini göstərir Dekolonizasiyanın müasir diskursu hələ də dünyanın 17 ərazisində yaşayan xalqlar üçün məntiqi sonluğa çatmayıb.
Xarici siyasət
30 May , 2024 15:33
Deputat: Fransız Polineziyasında vəziyyət müstəmləkəçilik siyasətinin davam etdiyini göstərir
Nizami Səfərov

Dekolonizasiyanın müasir diskursu hələ də dünyanın 17 ərazisində yaşayan xalqlar üçün məntiqi sonluğa çatmayıb.

“Report” xəbər verir ki, bunu deputat Nizami Səfərov parlamentdə mayın 30-da keçirilən "Fransız Polineziyasının Dekolonizasiya Hüququ - Çağırışlar və Perspektivlər" mövzusuna həsr edilən konfransda çıxışı zamanı deyib.

O qeyd edib ki, bəzi dövlətlər hələ də müstəmləkəçilik siyasətini davam etdirirlər:

“Fransız Polineziyasındakı vəziyyət də bunu sübut edir. Fransa hökuməti yalnız 2010-cu ildə nüvə sınaqları ilə əlaqədar kompensasiya üzrə komissiyanı yaradıb. Polineziyasız Fransa nüvə silahı əldə edə bilməzdi. Nüvə sınaqlarının 25 illik tarixində-2021-ci ildə Fransa Prezidenti Emmanuel Makron əraziyə səfər edərək rəsmi şəkildə bu xalqdan üzr istəməyib. 2020-ci il 10 dekabrda BMT xüsusi qətnamə qəbul edib ki, buna əsasən, 2020-2030-cu illər kolonizasiyadan tam xilas olmasının dördüncü on ili hesab olunur və ümid edirəm ki, Polineziya bu müstəmləkəçilikdən həmin dövrdə qurtulacaq”.

Son xəbərlər

Orphus sistemi