Deputat: Fransa hələ də müstəmləkəçilik siyasəti həyata keçirir, onların resurslarını istismar edir
- 26 fevral, 2025
- 11:38
Yeniliklərdən dərhal xəbərdar olun!
Fransa kimi ölkələr hələ də bəzi ərazilərdə müstəmləkəçilik siyasəti həyata keçirir, onların resurslarını istismar edir.
"Report" xəbər verir ki, bunu Milli Məclisdə yaradılmış Korsika Xalqına Dəstək Qrupunun üzvü Cavanşir Feyziyev parlamentdə Fransa müstəmləkələrindən olan media nümayəndələri ilə görüşdə deyib.
O xatırladıb ki, bir vaxtlar BMT çərçivəsində kolonializmə son qoyulması bildirilir və “müstəmləkəçilik yoxdur” deyilirdi:
“200 il Rusiya müstəmləkəsində yaşayan ölkə olaraq sizin mübarizənizi yaxşı başa düşürük. Ona görə də Prezident İlham Əliyev beynəlxalq platformalarda neomüstəmləkəçilik, neokolonializmlə mübarizə mövzusunda danışır”.
Deputat bildirib ki, Azərbaycan Fransa kimi ölkələrin müstəmləkəçilik siyasətinə qarşı çıxır:
“Biz mövqeyimizdən çəkinməyəcək, bütün imkanlar vasitəsilə mübarizənizdə yanınızda olacağıq. Səsinizi dünyaya eşitdirmək üçün bütün imkanlardan istifadə etməyə çalışacağıq. Biz sizin mübarizənizi yüksək qiymətləndiririk”.