Deputat: "Ermənistan rəhbərliyi üçün sədaqət, dostluq, müttəfiqlik heç vaxt keçərli olmayıb"

Deputat: "Ermənistan rəhbərliyi üçün sədaqət, dostluq, müttəfiqlik heç vaxt keçərli olmayıb" “Son günlər Ermənistanın siyasi rəhbərliyinin Gürcüstana meyl etməsi, rəsmi Tbilisi ilə münasibətləri inkişaf etdirmək meyili diqqətdən yayınmır. Sual yaranır ki, Ermənistanın Gürcüstana münasibətdə bu fəal davranışının motivləri nə ilə bağlıdır. Ermənist
Xarici siyasət
26 Mart , 2022 13:59
Deputat: Ermənistan rəhbərliyi üçün sədaqət, dostluq, müttəfiqlik heç vaxt keçərli olmayıb
Nikol Paşinyan

“Son günlər Ermənistanın siyasi rəhbərliyinin Gürcüstana meyl etməsi, rəsmi Tbilisi ilə münasibətləri inkişaf etdirmək meyli diqqətdən yayınmır. Sual yaranır ki, Ermənistanın Gürcüstana münasibətdə bu fəal davranışının motivləri nə ilə bağlıdır. Ermənistan dövlətinin siyasi hərbi rəhbərliyini yaxşı tanıyanlar bilirlər ki, bu, heç də təsadüfi deyil. Çünki Ermənistan rəhbərliyi hər zaman xəyanətkar mövqeyi ilə seçilib”.

Bu fikirləri “Report”a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, politoloq Elman Nəsirov deyib.

Onun sözlərinə görə, eyni vaxtda iki stulda əyləşmək taktikasına üstünlük verilib və bu da Ermənistanın xarici siyasətini çox ciddi problemlərlə üz-üzə qoyub: “Ermənistanın siyasi rəhbərliyi bir tərəfdən Rusiya-Ukrayna müharibəsinin getdiyi reallıqda, xüsusilə də müharibənin ilk günlərindən Rusiyanın xoşuna gəlmək, onun diqqətini cəlb etmək, özünün müttəfiq olduğunu Rusiyanın gözünə soxmaq üçün Suriyadan gələn muzdluların öz ərazisində təlimlər keçməsinə şərait yaradırdı, eyni zamanda Qarabağdakı qondarma rejimin vasitəsilə Luqansk və Donetskdəki separatçılara humanitar yardım edirdi. Bununla da rəsmi Moskavanı məmnun etməyə çalışırdı, Rusiyanın yanında olduğu fonunu yaratmaq istəyirdi. Amma son zamanlar bu mövqe kəskin dəyişməyə başlayıb”.

Elman Nəsirov
Elman Nəsirov

E.Nəsirov bildirib ki, Ermənistan siyasi rəhbərliyi hər zaman olduğu kimi, oyun qaydalarını növbəti dəfə pozmağa başlıyıb: “Rusiyaya müttəfiq olan Ermənistan indi də Qərbə meyilli və onları məmnun edə biləcək addımlar atır. Elə bu nöqteyi-nəzərdən Ermənistan xarici işlər nazirinin tələm-tələsik gürcüstanlı həmkarına zəng etməsi, onunla ikitərəfli münasibətlərə dair, eyni zamanda beynəlxalq xarici siyasətlə bağlı müzakirələr aparması, Qərbə meyilli fikirlər səsləndirməsi onu göstərir ki, Paşinyan hökuməti Rusiyanın Ukraynada gözlənilən nəticələri əldə edə bilməməsinin fərqindədir. Görürlər ki, müharibədə gözlənilən uğurlar və qələbə təmin edilməyib”.

Deputat qeyd edib ki, müharibə uzanır və bu, Rusiya üçün çox ciddi problemlər yaradır: “Belə olan vəziyyətdə o, həmişəki ampluasında yenə də dönüklük, yenə də satqınlıq yolunu seçir. İndi artıq birmənalı şəkildə Qərbə yaxınlığını göstərməyə çalışır. Gürcüstan vasitəsilə Qərbə, NATO-ya mesajlar göndərir ki, biz sizin siyasətinizi dəstəkləyir və təqdir edirik. Ermənistan rəhbərliyi üçün sədaqət, dostluq, müttəfiqlik heç vaxt keçərli məsələ olmayıb. Bircə misal çəkim, ötən ilin dekabrında "Şərq Tərəfdaşlığı" sammitində Azərbaycan, Ermənistan və Gürcüstan rəhbərləri NATO-ya dəvət olunmuşdular. Prezident Əliyev dəvəti qəbul etdi. NATO-nun Baş katibi Yens Stoltenberqlə görüşdü və qurumun ali orqanı olan Şimali Atlantika Şurasında çıxış etdi. NATO-nun 30 üzv dövlətinin 20-dən artıq daimi nümayəndəsi, yəni NATO yanında səfirləri çıxış edərək Azərbaycanın rolunu və yürütdüyü siyasətini, Əfqanıstan əməliyyatında iştirakını yüksək qiymətləndirdilər. Tədbirə qatılmayan yeganə şəxs Ermənistanın Baş naziri oldu. Müstəqil siyasət aparmayan Ermənistan Rusiyanın güclü olduğu bir vaxtda başqa addım ata da bilməzdi. Çünki asılıdır, vassaldır. Rusiyanın Ukraynada üzləşdiyi çətinlikləri və hərbi qələbə əldə edə bilməməsini görərək indi Paşinyan və onun komandası NATO-ya və Qərb ölkələrinə meyil edir. Bu vasitə ilə Gürcüstana yaxınlaşmağa və ya Gürcüstanla yaxınlaşma fonu yaratmağa çalışır. Bunları dünya ictimaiyyəti də çox gözəl təhlil edir və bu qənaətə gəlirlər ki, Ermənistan heç zaman arxanala biləcək müttəfiq olmayıb, bu gün də belə deyil, sabah da məsələ bu cür qalacaq. Bir sözlə, Sorosun uşaqlarından bundan artıq nə gözləmək olar?!”.

RƏVAN ƏZİZ

Son xəbərlər

Orphus sistemi