Deputat: Erməni xalqı saxtakar keşişə və onun arxasında gizlənən köhnə rejimin qalıqlarına öz yerini göstərməlidir

Deputat: Erməni xalqı saxtakar keşişə və onun arxasında gizlənən köhnə rejimin qalıqlarına öz yerini göstərməlidir Milli Məclisin deputatı Ceyhun Məmmədov erməni xalqının Baqrat Qalstanyan kimi keşişə və onun arxasında dayanan köhnə rejimin qalıqlarına yerini göstərməsinin zəruri olduğunu bəyan edib.
Xarici siyasət
24 May , 2024 11:23
Deputat: Erməni xalqı saxtakar keşişə və onun arxasında gizlənən köhnə rejimin qalıqlarına öz yerini göstərməlidir

Milli Məclisin deputatı Ceyhun Məmmədov erməni xalqının Baqrat Qalstanyan kimi keşişə və onun arxasında dayanan köhnə rejimin qalıqlarına yerini göstərməsinin zəruri olduğunu bəyan edib.

“Report” xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov parlamentin mayın 24-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.

O qeyd edib ki, tarix boyu azərbaycanlılarla ermənilərin dinc şəraitdə yaşamasına mane olan əsas qurumlardan biri də erməni kilsəsi olub.

Deputat bildirib ki, bu gün Ermənistanda ictimai-siyasi gərginlik davam edir, gərginliyin əsas körükçüsü isə Baqrat Qalstanyan adında din dəllalıdır: “Mayın 26-da Baqdan Qalstanyan yenidən “izdihamlı” mitinqlər təşkil etməyi planlaşdırır. Tarix boyu azərbaycanlılarla ermənilərin dinc şəraitdə yaşamasına mane olan əsas qurumlardan biri də erməni kilsəsi olub. Kilsə bu gün də eyni siyasəti davam edir”.

O qeyd edib ki, bu addımlarla erməni kilsəsi öz dininə və onun ehkamlarına da xəyanət edir.

“Bəs yaxşı Baqrat erməni cəmiyyətinə nə təklif edir?! Sülhün alternativi müharibədir. Ermənistan dövləti və cəmiyyəti müharibəyə hazırdırmı?! Hesab edirəm ki, erməni xalqı bu saxtakar keşişə və onun arxasında qorxaqcasına gizlənən köhnə rejimin qalıqlarına öz yerini göstərməlidir”, - C.Məmmədov əlavə edib.

Son xəbərlər

Orphus sistemi