"Beynəlxalq ictimaiyyət Azərbaycan Prezidentinin təşəbbüsünü növbəti dəfə dəstəklədi"

"Beynəlxalq ictimaiyyət Azərbaycan Prezidentinin təşəbbüsünü növbəti dəfə dəstəklədi" “Azərbaycan koronavirus pandemiyası ilə mübarizədə dünyanın ən öndəgedən ölkələri sırasındadır.
Xarici siyasət
19 Noyabr , 2021 14:14
Beynəlxalq ictimaiyyət Azərbaycan Prezidentinin təşəbbüsünü növbəti dəfə dəstəklədi

“Azərbaycan koronavirus pandemiyası ilə mübarizədə dünyanın ən öndəgedən ölkələri sırasındadır. Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz öz vətəndaşlarının sağlamlığının qorunması istiqamətində mühüm tədbirlər həyata keçirir. Pandemiyanın başladığı vaxtdan etibarən sistemli, qabaqlayıcı tədbirlər görülüb, əhalinin sağlamlığının qorunması ilə yanaşı sosial müdafiəsinin gücləndirilməsi istiqamətində də mühüm proqram və layihələr gerçəkləşdirib”.

Bu fikirləri “Report”a açıqlamasında Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü Cavid Osmanov deyib.

Onun sözlərinə görə, Azərbaycanın pandemiya dövründə də ümumbəşəri dəyərlərə sadiq qalan və humanitar təşəbbüslərlə çıxış edən nadir ölkələrdən biridir: “Belə ki, ölkəmiz koronavirus pandemiyasına qarşı mübarizə sahəsində beynəlxalq səylərə sanballı töhfələr verib. Azərbaycan pandemiya ilə mübarizə üçün 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı göstərib. Bundan əlavə, Azərbaycan 4 ölkəyə 150 min doza peyvənd ianə göndərib. 2020-ci ilin mayında Qoşulmama Hərəkatının COVID-19-a qarşı Təmas Qrupunun Zirvə görüşündə Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatı adından BMT Baş Assambleyasının pandemiyaya qarşı mübarizəyə həsr olunmuş Xüsusi Sessiyasının keçirilməsini təklif edib, həmin təşəbbüs 150-dən çox dövlət tərəfindən dəstəklənib və ötən ilin dekabrında isə Nyu-Yorkda BMT Baş Assambleyasının COVID-19 ilə mübarizəyə həsr edilmiş Xüsusi Sessiyası baş tutub".

Cavid Osmanov
Cavid Osmanov

Deputat bildirib ki, “peyvənd millətçiliyi”, varlı və kasıb ölkələr arasında peyvəndlərə çıxışla bağlı getdikcə dərinləşən qeyri-bərabərliyə qarşı mübarizə davamlı olaraq Qoşulmama Hərəkatının sədri olan Azərbaycan Prezidenti İlham Əliyevin gündəliyində olub: “Xatırladım ki, Prezidentin tapşırığı ilə Azərbaycan Qoşulmama Hərəkatı adından BMT-nin İnsan Hüquqları Şurasında bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsi ilə bağlı qətnamə irəli sürüb və həmin qətnamə cari ilin mart ayında yekdilliklə qəbul olunub”.

C.Osmanov vurğulayıb ki, ötən gün BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Assambleyanın Üçüncü Komitəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan Prezidentinin təşəbbüsü ilə QH üzvləri adından irəli sürülən "COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi" adlı qətnamə BMT üzv dövlətləri tərəfindən qəbul edilib: “Onu da xüsusi olaraq vurğulayım ki, 171 ölkə qətnamənin lehinə səs verib. Heç bir ölkə isə bu vacib sənədin əleyhinə çıxmayıb. Bu bir daha beynəlxalq ictimaiyyətin Azərbaycan Prezidenti İlham Əliyevin COVID-19 pandemiyasına, peyvənd millətçiliyinə qarşı qlobal mübarizəsini və təşəbbüslərini dəstəklədiyini və ölkəmizin beynəlxalq təşəbbüslərinin önəmini göstərir”.

Son xəbərlər

Orphus sistemi