Deputat: "Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır"

Deputat: "Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır" Tbilisi. 18 dekabr. REPORT.AZ/ “Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Ölkəmizin iştirakı ilə həyata keçirilən irimiqyaslı layihələrin Avropanın enerji təhlüksizliyində xüsusi yeri var.
Xarici siyasət
18 Dekabr , 2017 14:10
Deputat: Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır
Report

Tbilisi. 18 dekabr. REPORT.AZ/Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Ölkəmizin iştirakı ilə həyata keçirilən irimiqyaslı layihələrin Avropanın enerji təhlüksizliyində xüsusi yeri var".

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu sözləri Azərbaycan Milli Məclisinin GUAM Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Azər Kərimli Assambleyanın onuncu sessiyasındakı çıxışında söyləyib.

O bildirib ki, GUAM PA-nın oununcu sessiyasında müzakirəyə çıxarılan məsələlər, xüsusən də regional və enerji təhlükəsizliyi, transsərhəd cinayətkarlığına qarşı birgə mübarizə məsələləri təkcə GUAM-a üzv ölkələr deyil, bütövlükdə beynəlxalq ictimaiyyət üçün mühüm əhəmiyyət kəsb edir.

A.Kərimli deyib ki, Azərbaycanın iştirakı ilə həyata keçirilən və həyata keçirilməkdə olan genişmiqyaslı enerji və nəqliyyat layihələri beynəlxalq təhlükəsizliyə xidmət edir: “Hazırda enerji təhlükəsizliyinin milli təhlükəsizliyin vacib elementi kimi nəzərdə keçirilməsini nəzərə alsaq, o zaman Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz, Transadriatik və Transanadolu qaz boru kəmərləri layihələrinin necə böyük rola malik olduğunu aydın görərik”.

Bakı-Tbilisi-Qars dəmir yolunun açılışını böyük tarixi hadisə adlandıran A.Kərimli deyib ki, ölkələrimizin iştirakı ilə reallaşan bu və digər layihələr regionun cəlbediciliyini artırır və bizim strateji məqsədlərimizə çatmağımıza lazımi şərait yaradır.

Son xəbərlər

Orphus sistemi