Deputat AŞPA məruzəçisinin hesabatını sərt tənqid edib

Deputat AŞPA məruzəçisinin hesabatını sərt tənqid edib Azərbaycana münasibətdə əsalətsiz rəftar və ayrı-seçkilik edilir.
Xarici siyasət
30 Yanvar , 2020 17:50
Deputat AŞPA məruzəçisinin hesabatını sərt tənqid edib

"Azərbaycana münasibətdə əsalətsiz rəftar və ayrı-seçkilik edilir". 

"Report"un Fransa bürosu xəbər verir ki, bunu Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü Naqif Həmzəyev qurumun qış sessiyası zamanı Azərbaycanda siyasi məhbuslara dair hesabatın müzakirəsi zamanı bildirib.

"Mən bir azərbaycanlı və Azərbaycanın təmsilçisi kimi ölkəmə qarşı nümayiş olunan bu ədalətsiz rəftara görə çox qəmginəm. Mən Gəncə şəhərindənəm və Gəncədə baş verənlərlə yaxından tanışam. Bu hesabatda bildirildiyindən fərqli olaraq şəhərin rəhbərini qətlə yetirmək cəhdi terror aktı deyil, bəs nədir?", - o qeyd edib

N.Həmzəyev Azərbaycanın öhdəliklərini həyata keçirdiyini vurğulayıb: "Azərbaycanın Avropa Şurasının üzvü kimi bir sıra öhdəlikləri var. Biz tövsiyələri yüksək qiymətləndirir və onları həyata keçiririk. Bəzən aramızda razılığa gəlmədiyimiz məqamar olsa belə, kompromis tapmağa çalışırıq". 

Deputat Azərbaycanda həyata keçirilən islahatlara toxunub: "Azərbaycanda müxtəlif sahələrdə həyata keçirilən islahatlar Avropanın qanunvericilik sisteminin əsas prinsiplərini özündə əks etdirir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ötən ilin mart ayında imzaladığı əfv fərmanı ilə 431 şəxs azadlığa buraxılıb. Məhbuslar və onlarla rəftar məsələsinə gəldikdə Azərbaycanda bu sahədə vəziyyət Avropanın bir çox ölkələrindən yaxşıdır".

N.Həmzəyev Azərbaycanın ona qarşı fəaliyyət göstərən qüvvələrin qurbanı olduğunu bildirib: "Sarkisyanın terrorçu hökuməti də daxil olmaqla, Azərbaycana Ermənistan tərəfindən olmazın ziyanlar dəyib. Mən də daxil olmaqla 1 milyon azərbaycanlı öz evinə qayıda bilmir. Son illər Azərbaycana qarşı yürüdülən birgə səylər nəticəsində ölkəmiz siyasi məhbuslar məsələsində əsalətsiz rəftar və ayrı-seçkiliyin qurbanı olub. Azərbaycanın nisbətən gənc bir dövlət olduğunu və ölkəyə xarici faktorlar nəticəsində massiv ziyanlar dəydiyini anlamaq vacibdir. Keçmişin çətinliklərinə baxmayaraq, inzibati və institusional islahatlar da daxil olmaqla çoxsaylı tədbirlər görürük və uğurlarımız böyükdür". 

Son xəbərlər

Orphus sistemi