Dennis Frensis: Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə uğurlar əldə edib

Xarici siyasət
  • 15 mart, 2024
  • 07:03
Dennis Frensis: Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə uğurlar əldə edib

Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə böyük uğurlar əldə edib.

“Report” xəbər verir ki, bu barədə BMT Baş Assambleyanın 78-ci sessiyasının prezidenti Dennis Frensisin XI Qlobal Bakı Forumunun iştirakçılarına müraciətində qeyd edilib.

O bildirib ki, Azərbaycanın nailiyyətləri arasında onun təşəbbüsü ilə Qoşulmama Hərəkatının Qadın və Gənclər Platformasının yaradılmasını qeyd etmək lazımdır.