Dayqa Mierinya: Azərbaycan Latviya üçün mühüm tərəfdaşdır

Dayqa Mierinya: Azərbaycan Latviya üçün mühüm tərəfdaşdır Azərbaycan Latviya üçün mühüm tərəfdaşdır.
Xarici siyasət
20 May , 2024 13:56
Dayqa Mierinya: Azərbaycan Latviya üçün mühüm tərəfdaşdır

Azərbaycan Latviya üçün mühüm tərəfdaşdır.

"Report" xəbər verir ki, bunu Latviya parlamentinin sədri Dayqa Mierinya Bakıda mətbuat konfransı zamanı deyib.

“Azərbaycan Latviya üçün mühüm tərəfdaşdır. Bu il diplomatik münasibətlərimizin 30 ili tamam olur. Amma bizim mədəni, incəsənət sahəsində əlaqələrimiz daha uzun tarixə malikdir”, - o bildirib.

Parlament sədrinin sözlərinə görə, sabah Bakıda Latviya-Azərbaycan mədəni əlaqələrinin əhəmiyyətini vurğulayan iki mədəni tədbir keçiriləcək: “Tarix muzeyində çox mühüm sərginin açılması gözlənilir. Bu, latviyalı rəssam Yulius Straumun sərgisi olacaq. O, müxtəlif xalça naxışlarının toplanması ilə tanınır. Maraqlısı odur ki, o da Şuşada yaşayıb və üç il orada müəllim kimi çalışıb”.

Son xəbərlər

Orphus sistemi