“Növbəti 10 il ərzində Gürcüstanın regionda aparıcı dövlət kimi mövqeyi güclənəcək”.
“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri David Zalkaliani deyib.
XİN başçısı bildirib ki, bu müddət ərzində sərhədlərin delimitasiya-demarkasiyası başa çatdırılacaq və Gürcüstan sabit tranzit funksiyası əldə edəcək.
Nazirin sözlərinə görə, Gürcüstan üçtərəfli əməkdaşlıq platforması da daxil olmaqla, yeni regional təşəbbüslərin irəli sürülməsi və reallaşdırılması üçün əhəmiyyətli səylər göstərəcək.
D.Zalkaliani Gürcüstanın Azərbaycan, Ermənistan və Türkiyə ilə ikitərəfli, çoxtərəfli siyasi və iqtisadi münasibətlərin daha da möhkəmləndirilməsi, bu əlaqələrin mövcud potensialından maksimum istifadə və yeni səviyyəyə çıxarılmasının zəruriliyini vurğulayıb.