Danimarkada BƏƏ və Azərbaycan COP sədrlikləri ilə birgə toplantı keçiriləcək

Danimarkada BƏƏ və Azərbaycan COP sədrlikləri ilə birgə toplantı keçiriləcək Danimarkada 21-22 mart tarixlərində BƏƏ və Azərbaycan COP sədrlikləri ilə birgə Kopenhagen İqlim Nazirləri toplantısı keçiriləcək.
Xarici siyasət
12 Mart , 2024 15:51
Danimarkada BƏƏ və Azərbaycan COP sədrlikləri ilə birgə toplantı keçiriləcək

Danimarkada Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) və Azərbaycan COP sədrlikləri ilə birgə Kopenhagen İqlim Nazirləri toplantısı keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə Azərbaycanın Danimarkadakı səfiri Zaur Əhmədov "X"də paylaşım edib.

Səfir qeyd edib ki, toplantı martın 21-22-də baş tutacaq.

Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) bu ilin noyabrında Azərbaycanda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi