Damian Krneviç: “Serbiya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq dərinləşir”

Damian Krneviç: “Serbiya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq dərinləşir” "Azərbaycan Prezidenti İlham Əliyevin Serbiyaya sonuncu səfəri zamanı enerji sahəsində əməkdaşlığın inkişafına xüsusi diqqət yetirilməsi ölkələr arasında münasibətlərə yeni təkan verəcək".
Xarici siyasət
28 Noyabr , 2022 17:52
Damian Krneviç: “Serbiya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq dərinləşir”

"Azərbaycan Prezidenti İlham Əliyevin Serbiyaya sonuncu səfəri zamanı enerji sahəsində əməkdaşlığın inkişafına xüsusi diqqət yetirilməsi ölkələr arasında münasibətlərə yeni təkan verəcək".

Bunu “Report”a açıqlamasında Serbiya Prezidentinin keçmiş müşaviri, ADA Universiteti nəzdində İnkişaf və Diplomatiya İnstitutunun siyasi tədqiqatlar, təhlil və nəşrlər üzrə direktoru Damian Krneviç deyib.

Onun sözlərinə görə, qaz çatışmazlığı və yüksək enerji qiymətləri, o cümlədən Rusiyanın Ukraynaya qarşı müharibəsi şəraitində Serbiya anlayır ki, tədarükdə ciddi şəxaləndirmə həyata keçirməzsə, bu qışdan sağ çıxa bilməyəcək: "Beş il əvvəl bizim Cənub Qaz Dəhlizinə qoşulmaq imkanımız var idi, amma başa düşmədiyim hansısa səbəbdən hökumət bundan imtina etdi. İndi isə Serbiya itirdiyi imkanı bərpa etməyə çalışır".

O bildirib ki, Serbiya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq 2011-ci ildə Prezident İlham Əliyevin Belqrada səfərindən sonra qurulub: "Həmin vaxt mən Serbiya Prezidentinin müşaviri vəzifəsində işləyirdim və səfərin hazırlıq prosesini xatırlayıram. Səfərin ən maraqlı hadisələrdən biri Belqradın mərkəzi parklarından birində Azərbaycanın ümummilli lideri Heydər Əliyevin abidəsinin açılışı oldu. Növbəti il ​​isə Bakıda serb alimi Nikola Teslanın abidəsi açıldı”.

Son xəbərlər

Orphus sistemi