Daha üç prezident dövlət başçısı İlham Əliyevə başsağlığı verib

Daha üç prezident dövlət başçısı İlham Əliyevə başsağlığı verib “Həlak olanların doğmalarının və yaxınlarının kədərini bölüşür, xəsarət alanlara tezliklə sağalmalarını arzu edirik”
Xarici siyasət
8 Dekabr , 2015 17:50
Daha üç prezident dövlət başçısı İlham Əliyevə başsağlığı verib

Bakı. 8 dekabr. REPORT.AZ/ Serbiya Respublikasının Prezidenti Tomislav Nikoliç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə başsağlığı verib. Report”un xəbərinə görə, başsağlığı mətnində deyilir:

“Hörmətli cənab Prezident,

Güclü qasırğa nəticəsində Xəzər dənizinin “Günəşli” yatağında baş vermiş faciə ilə əlaqədar Serbiya Respublikasının vətəndaşları adından və şəxsən öz adımdan Sizə dərin hüznlə başsağlığı verirəm.

Həlak olanların doğmalarının və yaxınlarının kədərini bölüşür, xəsarət alanlara tezliklə sağalmalarını arzu edirik.

Zati-aliləri, xahiş edirəm yüksək ehtiramımı qəbul edəsiniz”.

Bundan başqa, Litva Respublikasının Prezidenti Dalya Qribauskayte Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə başsağlığı verib. Başsağlığı mətnində deyilir:

“Zati-aliləri,

Azərbaycanın “Günəşli” neft yatağındakı platformada yanğın nəticəsində insanların həlak olması ilə bağlı xəbər məni çox kədərləndirdi.

Bütün Litva xalqının adından və şəxsən öz adımdan həlak olanların ailə üzvlərinə, yaxınlarına və bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm.

İtkin düşənlərin sağ-salamat tapılmasını, xəsarət alanların tezliklə sağalmasını, dəhşətli qəzanın nəticələrinin tezliklə aradan qaldırılmasını arzu edirəm”.

Moldova Respublikasının Prezidenti Nikolaye Timoftinin Prezident İlham Əliyevə göndərdiyi başsağlığı məktubunda deyillir:

“Zati-aliləri,

Xəzər dənizinin “Günəşli” neft yatağındakı platformada baş vermiş güclü yanğın nəticəsində insan itkisi və xəsarət alanlar haqqında xəbər məni dərindən kədərləndirdi.

Bu ağır anlarda Moldova Respublikasının xalqı adından və şəxsən öz adımdan həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını arzu edirəm”.

Son xəbərlər

Orphus sistemi