Yuxarı
    Bağlamaq

    Rusiyalı ekspert: "Dağlıq Qarabağ münaqişəsi Moskva üçün vacib problemli məsələdir"

    Son illərdə böyük hərbi münaqişənin yaşanmaması Azərbaycanın sağlam mövqeyi nəticəsində mümkün olub

    Bakı. 28 fevral. REPORT.AZ/ "Dağlıq Qarabağ münaqişəsi Moskva üçün vacib problemli məsələdir".

    Bunu "Report"a müsahibəsində rusiyalı ekspert, "Yeni Rusiya" ictimai-siyasi hərəkatının lideri, iqtisadçı Nikita İsayev deyib.

    "Xüsusilə son illərdə böyük hərbi münaqişənin yaşanmaması Azərbaycanın sağlam mövqeyi nəticəsində mümkün olub", - deyə o bildirib.

    N.İsayev vurğulayıb ki, közərən münaqişə Rusiya üçün önəmli məsələdir: "Çünki bu, postsovet məkanında Rusiya ətrafındakı bir sıra münaqişələri sarsıda bilər. Bu ona gətirib çıxarıb ki, bu gün Rusiya ilə Azərbaycan arasındakı əlaqələr 25 illik əməkdaşlığımız ərzində ən yüksək səviyyəyə çatıb. Qarşılıqlı əməkdaşlıq etmək üçün müxtəlif formatlar tapmışıq".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi