"İsrail ilə Azərbaycan arasında 30 ildir qurulmuş diplomatik münasibətlər dövründə strateji əlaqələr bərqərar olub".
“Report” xəbər verir ki, bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik mətbuat konfransında bildirib.
O, iki ölkə arasında dərin tarixi köklərə söykənən münasibətlər, xüsusilə də son iki ildə bir sıra çətin sınaqlardan keçib: “Azərbaycanla münasibətlərimiz 44 günlük müharibə vaxtında sınaqdan keçdi”.
Səfir həmçinin ölkələrimiz arasında səhiyyə və sair sahələrdə səmərəli əməkdaşlıq əlaqələrinin inkişaf etdiyini də dilə gətirib.
30 il bundan əvvəl Azərbaycanı ilk tanıyanlardan biri olduqlarını vurğulayan İsrail səfiri ikitərəfli münasibətlərin uzaq keçmişə söykəndiyini, Azərbaycanda müsəlman ölkələrinin ən böyük yəhudi icmasının yaşadığını diqqətə çatdırıb.