Yuxarı

Çinin Dövlət Təhlükəsizlik Nazirliyi Azərbaycan DTX və Xarici Kəşfiyyat Xidməti ilə sıx əməkdaşlıq edəcək

Mədət Quliyev ölkədə sabitliyin və təhlükəsizliyin gücləndirilməsi üzrə görülən tədbirlərdən danışıb

Bakı. 23 may. REPORT.AZ/ Bu gün Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti ilə Çin Xalq Respublikasının Dövlət Təhlükəsizlik Nazirliyi arasında əməkdaşlıq haqqında Memorandum və Azərbaycanın Xarici Kəşfiyyat Xidməti ilə Çinin Dövlət Təhlükəsizlik Nazirliyi arasında kommunike imzalanıb. 

Bu barədə "Report"a DTX-nın İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib. 

Məlumata görə, sənədlərin imzalanmasından əvvəl Çin Xalq Respublikası sədrinin xüsusi nümayəndəsi, Kommunist Partiyası Siyasi Şurasının üzvü, Mərkəzi Komitəsinin siyasi və hüquqi məsələlər komissiyasının katibi - Təhlükəsizlik Şurasının katibi Menq Jianzunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev ümummilli lider Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin qorunması və möhkəmləndirilməsi naminə mühüm fəaliyyəti, ölkəmizdə sabitliyin və təhlükəsizliyin gücləndirilməsi üzrə görülən tədbirlərdən danışıb.

Xarici Kəşfiyyat Xidmətinin rəisi Orxan Sultanov təhlükəsizlik sahəsində idarələrarası əməkdaşlıq məsələlərinə toxunub.

Çin Təhlükəsizlik Şurasının katibi Menq Jianzu bu səfərin ölkələrimiz arasında tərəfdaşlıq əlaqələrinin daha da inkişafı üçün faydalı olacağına əminliyini ifadə edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi