Azərbaycanın Ermənistanla bağlı Avropa Məhkəməsinə göndərdiyi şikayətlər icraat mərhələsindədir

Azərbaycanın Ermənistanla bağlı Avropa Məhkəməsinə göndərdiyi şikayətlər icraat mərhələsindədir "İkinci Qarabağ müharibəsi zamanı Azərbaycanın mülki əhalisinə qarşı törədilən cinayətlərlə bağlı Azərbaycan tərəfinin Ermənistana qarşı Avropa İnsan Haqları Məhkəməsinə göndərdiyi şikayətlər icraat mərhələsindədir".
Xarici siyasət
778
18 Yanvar , 2022 11:55
Azərbaycanın Ermənistanla bağlı Avropa Məhkəməsinə göndərdiyi şikayətlər icraat mərhələsindədir
Çingiz Əsgərov

"İkinci Qarabağ müharibəsi zamanı Azərbaycanın mülki əhalisinə qarşı törədilən cinayətlərlə bağlı Azərbaycan tərəfinin Ermənistana qarşı Avropa İnsan Haqları Məhkəməsinə göndərdiyi şikayətlər icraat mərhələsindədir".

"Report"un xəbərinə görə, bunu Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycan tərəfi Birinci Qarabağ müharibəsi, Aprel döyüşləri və Vətən müharibəsi dövründə ermənilərin törədikləri cinayətlərlərlə bağlı Avropa İnsan Haqları Məhkməsinə şikayətlər verib: "Azərbaycan dövləti hər zaman bu cür şikayətlərin göndərilməsini təşkil edib. Azərbaycan 2005-ci ildən bəri bu cür şikayətləri hazırlayaq məhkəməyə göndərib. Bu şikayətlər arasında Azərbaycan vətəndaşlarının öz doğma torpaqlarından qaçqın və məcburi köçkün düşməsi, mülkiyyətlərinə ziyan dəyməsi ilə bağlı müraciətlər də var. Bunlar hamısı Azərbaycan dövləti tərəfindən görülən tədbirlərdir".

Ali Məhkəmənin sədr müavini qeyd edib ki, Vətən müharibəsi zamanı mülki vətəndaşlara qarşı törədilmiş cinayətlərlə bağlı şikayətlər Avropa İnsan Haqları Məhkəməsinin ilkin icraat mərhələsindədir: "Azərbaycan tərəfindən mövqe gələn aydan Avropa Məhkəməsinə təqdim olunacaq".

Son xəbərlər

Orphus sistemi