Çin lideri Azərbaycan Prezidentini təbrik edib

Çin lideri Azərbaycan Prezidentini təbrik edib Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Xarici siyasət
1107
23 Dekabr , 2020 13:16
Çin lideri Azərbaycan Prezidentini təbrik edib
İlham Əliyev və Si Cinpin

Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

"Report" xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edir və ən xoş arzularımı bildirirəm.

Son illərdə Çin-Azərbaycan münasibətlərinin dinamik inkişafı müşahidə edilir, qarşılıqlı siyasi etimad günbəgün möhkəmlənir. “Bir kəmər, bir yol” layihəsi üzrə iki ölkənin əməkdaşlığı, habelə beynəlxalq arenada qarşılıqlı fəaliyyət uğurla və səmərəli şəkildə inkişaf edir. COVID-19 pandemiyası yayılandan sonra Çin və Azərbaycan iki xalq arasında möhkəm dostluq nümayiş etdirərək bir-birinə səmimi kömək göstərir. Mən Çin-Azərbaycan münasibətlərinin inkişafına böyük əhəmiyyət verirəm, ikitərəfli dostluq və əməkdaşlığın, müxtəlif sahələrdə qarşılıqlı faydalı tərəfdaşlığın ölkələrimizin və xalqlarımızın rifahı naminə dərinləşməsi üçün Sizinlə birgə səy göstərməyə hazıram.

Sizə möhkəm cansağlığı və firavanlıq arzu edirəm".

Son xəbərlər

Orphus sistemi