Ceyms O’Brayn Cənubi Qafqazda sülh gündəliyi ilə bağlı Azərbaycanda rəsmilərlə görüşəcək

Ceyms O’Brayn Cənubi Qafqazda sülh gündəliyi ilə bağlı Azərbaycanda rəsmilərlə görüşəcək ABŞ Dövlət katibinin köməkçisi Ceyms O’Brayn Cənubi Qafqazda sülhün irəliləməsi ilə bağlı Azərbaycan rəsmiləri ilə görüşəcək.
Xarici siyasət
5 Dekabr , 2023 17:13
Ceyms O’Brayn Cənubi Qafqazda sülh gündəliyi ilə bağlı Azərbaycanda rəsmilərlə görüşəcək

ABŞ Dövlət katibinin köməkçisi Ceyms O’Brayn Cənubi Qafqazda sülh gündəliyi ilə bağlı Azərbaycanda rəsmilərlə görüşəcək.

"Report" xəbər verir ki, bu barədə o, "X" hesabında yazıb.

"Azərbaycana və Rumıniyaya səfər etməkdən çox şadam, burada Cənubi Qafqazda sülh danışıqlarının irəliləməsinə dair rəsmilərlə və taxıl ixracı ilə bağlı yüksək vəzifəli şəxslərlə görüşəcəyəm",- o əlavə edib.

Qeyd edək ki, Ceyms K.O’Brayen dekabrın 6-8-də Bakıya və Rumıniyanın Buxarest və Tulça şəhərlərinə səfər edəcək. Dövlət katibinin köməkçisi Bakıda olarkən Azərbaycan rəsmiləri ilə ABŞ-Azərbaycan ikitərəfli münasibətlərinin möhkəmləndirilməsi və Ermənistan ilə Azərbaycan arasında sülhün gündəliyinin dəstəklənməsinə dair görüşlər keçirəcək.

Son xəbərlər

Orphus sistemi