Ceyms Appaturay: “Gürcüstan Azərbaycan və Ermənistana danışıqlara başlamağa kömək edir”

Ceyms Appaturay: “Gürcüstan Azərbaycan və Ermənistana danışıqlara başlamağa kömək edir” NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay Gürcüstanın xarici işlər naziri David Zalkaliani ilə görüşüb.
Xarici siyasət
2 İyul , 2021 11:33
Ceyms Appaturay: “Gürcüstan Azərbaycan və Ermənistana danışıqlara başlamağa kömək edir”
Ceyms Appaturay

NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay Gürcüstanın xarici işlər naziri David Zalkaliani ilə görüşüb.

“Report”un yerli bürosu xəbər verir ki, görüşdə mühüm xarici siyasət və regional təhlükəsizlik məsələləri müzakirə olunub.

C.Appaturay görüşdən sonra bildirib ki, Gürcüstan hazırda regionda mühüm rol oynayır: “Gürcüstan Azərbaycan və Ermənistana danışıqlara başlamağa kömək edir. Bu, yalnız Gürcüstanın oynaya biləcəyi unikal roldur. Biz görürük ki, Gürcüstan Azərbaycan və Ermənistana bir-biri ilə danışmağa kömək edir. Buna görə məmnun və minnətdarıq”.

Xüsusi nümayəndə qeyd edib ki, görüşdə həmçinin Qara dəniz bölgəsində təhlükəsizlik məsələləri də nəzərdən keçirilib.

Son xəbərlər

Orphus sistemi