ATƏT-lə Azərbaycan arasında əməkdaşlıq məsələləri müzakirə edilib

ATƏT-lə Azərbaycan arasında əməkdaşlıq məsələləri müzakirə edilib Dekabrın 22-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və İsveç Krallığının xarici işlər naziri Ann Linde arasında video konfrans formatında görüş baş tutub.
Xarici siyasət
22 Dekabr , 2020 20:06
ATƏT-lə Azərbaycan arasında əməkdaşlıq məsələləri müzakirə edilib

Dekabrın 22-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və İsveç Krallığının xarici işlər naziri Ann Linde arasında videokonfrans formatında görüş baş tutub.

Azərbaycanın Xarici İşlər Nazirliyindən "Report"a verilən məlumata görə, görüşdə bölgədə mövcud olan son vəziyyət və 10 noyabr tarixli üçtərəfli bəyanatdan irəli gələn bir-sıra məsələlərin icrası ətrafında fikir mübadiləsi aparılıb.

Nazirlər 2021-ci ildə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT) İsveçin sədrliyini nəzərə alaraq ATƏT-lə Azərbaycan arasında əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Görüşdə habelə ikitərəfli əməkdaşlıq münasibətləri, eləcə də qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ərtafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi