Ceyhun Bayramovla iordaniyalı nazir arasında telefon danışığı olub

Ceyhun Bayramovla iordaniyalı nazir arasında telefon danışığı olub 2020-ci ilin 13 noyabr tarixində Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov və İordaniya Haşimilər Krallığının Xarici İşlər və Mühacir Məsələləri naziri Əymən Əs-Safadi arasında telefon danışığı baş tutdu.
Xarici siyasət
13 Noyabr , 2020 19:07
Ceyhun Bayramovla iordaniyalı nazir arasında telefon danışığı olub

Bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və İordaniya Haşimilər Krallığının xarici işlər və mühacir məsələləri naziri Əymən Əs-Safadi arasında telefon danışığı baş tutub.

XİN-dən "Report"a verilən məlumata görə, nazirlər arasında bölgədəki son vəziyyət və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı üçtərəfli bəyanatın imzalanması məsələsi ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov birgə bəyanatın beynəlxalq hüquq normaları və BMT TŞ qətnamələrinə əsaslandığını vurğulayıb.

İordaniya naziri Əymən Əs-Safadi münaqişə bölgəsində tam atəşkəs və bütün hərbi əməliyyatların dayandırılmasını elan edən razılaşmanı alqışlayıb. Bölgədə dayanıqlı sülhüm təmin olunması üçün beynəlxalq hüquq normalarına hörmət olunmasının vacibliyini qeyd edib.

Tərəflər habelə qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.

Son xəbərlər

Orphus sistemi