Ceyhun Bayramov Timor Leste Prezidentinin xarici siyasət məsələləri üzrə müşaviri ilə görüşüb

Ceyhun Bayramov Timor Leste Prezidentinin xarici siyasət məsələləri üzrə müşaviri ilə görüşüb 2 mart 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatının (QH) COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşü çərçivəsində ölkəmizdə səfərdə olan Timor Leste Demokratik Respublikasının Pre
Xarici siyasət
2 Mart , 2023 19:40
Ceyhun Bayramov Timor Leste Prezidentinin xarici siyasət məsələləri üzrə müşaviri ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatının (QH) COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşü çərçivəsində ölkəmizdə səfərdə olan Timor Leste Demokratik Respublikasının Prezidentinin xarici siyasət məsələləri üzrə müşaviri, Prezident ofisinin beynəlxalq əlaqələr idarəsinin rəhbəri Dionisio Babo Soares ilə görüşüb.

Bu barədə "Report"a XİN-dən məlumat verilib.

Görüş zamanı Azərbaycan və Timor Leste arasında münasibətlərin ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində inkişafı perspektivləri müzakirə mövzusu olub.

Beynəlxalq təşkilatlar, xüsusilə Birləşmiş Millətlər Təşkilatı, habelə QH çərçivəsində əməkdaşlığın daha da gücləndirilməsi məsələsində qarşılıqlı razılıq ifadə olunub.

Timor Leste Demokratik Respublikasının Prezidentinin xarici siyasət məsələləri üzrə müşaviri, Prezident ofisinin beynəlxalq əlaqələr idarəsinin rəhbəri Dionisio Babo Soares dövlətinin Azərbaycan ilə əməkdaşlığa əhəmiyyət verdiyini və ikitərəfli iqtisadi əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu qeyd edib. O eyni zamanda QH Zirvə Görüşünün uğurlu təşkilinə görə minnətdarlığını bildirib.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə mövzusu olub.

Son xəbərlər

Orphus sistemi