Ceyhun Bayramov Səudiyyə Ərəbistanına səfərə yola düşüb

Ceyhun Bayramov Səudiyyə Ərəbistanına səfərə yola düşüb 5 mart 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Səudiyyə Ərəbistanına işgüzar səfərə yola düşüb.
Xarici siyasət
5 Mart , 2024 13:06
Ceyhun Bayramov Səudiyyə Ərəbistanına səfərə yola düşüb
Ceyhun Bayramov

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov martın 5-də Səudiyyə Ərəbistanına işgüzar səfərə yola düşüb.

Bu barədə "Report"a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Nazir səfər çərçivəsində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının fövqəladə iclasında iştirak və çıxış edəcək.

Qeyd edək ki, toplantıda Qəzzadakı durumun müzakirə olunacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi