Ceyhun Bayramov Serbiya səfirinin etimadnaməsinin surətini qəbul edib

Ceyhun Bayramov Serbiya səfirinin etimadnaməsinin surətini qəbul edib Draqan Vladisavlieviç qəbula görə Ceyhun Bayramova təşəkkür edib
Xarici siyasət
26 Aprel , 2021 18:45
Ceyhun Bayramov Serbiya səfirinin etimadnaməsinin surətini qəbul edib

Xarici işlər naziri Ceyhun Bayramov Serbiyanın Azərbaycana yeni təyin olunmuş səfiri Draqan Vladisavlieviçi qəbul edib.

Bu barədə "Report"a XİN Mətbuat xidmətindən məlumat verilib.

Ceyhun Bayramov səfirin etimadnaməsinin surətini qəbul edib və səfiri təyinatı münasibətilə təbrik edib.

Ölkələrimiz arasında mövcud olan strateji tərəfdaşlıq münasibətlərini məmnunluqla qeyd edən nazir, Serbiyanın ölkəmizə yeni səfirinin təyin edilməsinin ölkələrimiz arasında münasibətlərin daha da inkişafına müsbət təsir göstərəcəyini bildirib. Dövlətlər arası münasibətlərdə Azərbaycan və Serbiyanın beynəlxalq hüququn prinsiplərinə, xüsusilə də dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsipinə birmənalı dəstək verdikləri vurğulanıb.

C.Bayramov Azərbaycanın hazırda tarixi mərhələni yaşadığını qeyd edərək Serbiya səfirinə 44 günlük müharibədən sonra bölgədə mövcud olan cari vəziyyətlə bağlı məlumat təqdim edib.

D.Vladisavlieviç qəbula görə C.Bayramova təşəkkür edib. O, Serbiyanın xarici işlər naziri Nikola Selakoviçin səmimi salamlarını C.Bayramovun diqqətinə çatdırıb.

Serbiya ilə Azərbaycanın oxşar problemlərlə üzləşdiyini qeyd edən səfir dövlət suverenliyinin qorunub saxlanılmasına dəstəyin önəmli olduğunu bildirib və Serbiyanın Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qətiyyətli dəstək verdiyini vurğulayıb.

Görüşdə tərəflər dövlətlərimiz arasında strateji münasibətlərin daha da inkişaf etdirilməsi üzrə müvafiq addımların atılması, o cümlədən qarşılıqlı səfər mübadiləsinin həyata keçirilməsi, Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın növbəti iclasının keçirilməsi, ticarət mübadiləsinin artırılması, habelə digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üzrə fikir mübadiləsi aparıblar.

C.Bayramov, öz növbəsində, serbiyalı həmkarına səmimi salamlarını çatdırıb və D.Vladisavlieviçə fəaliyyətində uğurlar arzu edib.

Son xəbərlər

Orphus sistemi