Ceyhun Bayramov və Hakan Fidan Azərbaycanla Ermənistan arasındakı sülh prosesini müzakirə edəcəklər - YENİLƏNİB

Ceyhun Bayramov və Hakan Fidan Azərbaycanla Ermənistan arasındakı sülh prosesini müzakirə edəcəklər - YENİLƏNİB Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov avqustun 27-də Türkiyəyə səfər edəcək.
Xarici siyasət
26 Avqust , 2024 15:27
Ceyhun Bayramov və Hakan Fidan Azərbaycanla Ermənistan arasındakı sülh prosesini müzakirə edəcəklər - YENİLƏNİB

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə birgünlük səfəri çərçivəsində türkiyəli həmkarı Hakan Fidanla görüşü zamanı Bakı ilə İrəvan arasında sülh prosesini müzakirə edəcək.

"Report" xəbər verir ki, bu barədə Türkiyə mətbuatı diplomatik mənbələrə istinadən məlumat yayıb.

Nazirlər ikitərəfli münasibətləri və regional məsələləri, Azərbaycan və Ermənistan arasında sülh prosesini, həmçinin Ankara ilə İrəvan arasında münasibətlərin normallaşdırılmasını müzakirə edəcəklər.

"Bundan başqa, İsrail və Fələstin də daxil olmaqla yaxın bölgələrdə cərəyan edən hadisələr də müzakirə olunacaq", - məlumatda bildirilib.

14:40

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov avqustun 27-də Türkiyəyə səfər edəcək.

"Report"un Ankara bürosu xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov avqustun 27-də Ankaraya səfər edəcək. Səfər çərçivəsində Azərbaycanla ikitərəfli münasibətlərlə yanaşı, cari regional və beynəlxalq proseslər barədə fikir mübadiləsi aparılacaq",-məlumatda qeyd olunub.

Son xəbərlər

Orphus sistemi