Ceyhun Bayramov Pakistanın Sərhəd İşlər Təşkilatının baş direktoru ilə görüşüb

Ceyhun Bayramov Pakistanın Sərhəd İşlər Təşkilatının baş direktoru ilə görüşüb Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Pakistana rəsmi səfəri çərçivəsində bu ölkənin Sərhəd İşləri Təşkilatının baş direktoru general-mayor Kamal Azfar ilə görüşüb.
Xarici siyasət
14 Yanvar , 2021 10:23
Ceyhun Bayramov Pakistanın Sərhəd İşlər Təşkilatının baş direktoru ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Pakistana rəsmi səfəri çərçivəsində bu ölkənin Sərhəd İşləri Təşkilatının baş direktoru general-mayor Kamal Azfar ilə görüşüb.

Bu barədə "Report"a Xarici İşlər Nazirliyindən bildirilib.

K.Azfar təşkilatın fəaliyyət sahələri barədə ətraflı məlumat verərək 45 ildən çox müddətdə Pakistanda körpülər, yollar, tuneller, eləcə də telekommunikasiya xəttlərinin və s. inşası, infrastruktur xidmətlərinin inkişafı sahəsində fəaliyyətlərindən bəhs edib.

C.Bayramov bölgədə mövcud olan cari vəziyyəti qeyd edərək, 44 günlük Vətən müharibəsindən sonra münaqişə sonrası bərpa və reabilitasiya mərhələsinə qədəm qoyulduğunu bildirib. Hazırda bölgədə aparılan işlər, o cümlədən minadan təmizləmə işləri və infrastrukrur layihələri qeyd olunub. Azərbaycanın həyata keçirilən bərpa və tikinti işlərində maraqlı tərəfdaş ölkə və beynəlxalq təşkilatlarla birgə işləməyə hazır olduğu vurğulanıb.

Görüşdə tərəflər əməkdaşlıq petspektivləri üzrə fikir mübadiləsi aparıblar.

Son xəbərlər

Orphus sistemi