Ceyhun Bayramov Özbəkistanın yeni XİN başçısını təbrik edib

Ceyhun Bayramov Özbəkistanın yeni XİN başçısını təbrik edib Bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Özbəkistan Respublikasının xarici işlər naziri vəzifələrini icra edən Baxtiyor Saidov arasında telefon danışığı baş tutub.
Xarici siyasət
31 Dekabr , 2022 15:02
Ceyhun Bayramov Özbəkistanın yeni XİN başçısını təbrik edib

Ceyhun Bayramov Özbəkistanın yeni XİN başçısını təbrik edib.

Bu barədə "Report"a Azərbaycan XİN-dən bildirilib.

Belə ki, bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Özbəkistan Respublikasının xarici işlər naziri vəzifələrini icra edən Baxtiyor Saidov arasında telefon danışığı baş tutub.

Nazir Baxtiyor Saidovu xarici işlər naziri vəzifələrini icra etməsi münasibətilə təbrik edib və ona uğurlar arzulayıb.

Nazir Ceyhun Bayramov ortaq maraq və dəyərlərə əsaslanan iki ölkə arasında mövcud çoxşaxəli əməkdaşlığın inkişafı üçün birgə səylərin davam etdiriləcəyindən əmin olduğunu bildirib.

Tərəflər, iki ölkə arasında qardaşlıq, dostluq və strateji tərəfdaşlıq münasibətlərinin müxtəlif aspektlərinə dair fikir mübadiləsi aparıblar.

Nazir eyni zamanda Özbəkistanın keçmiş XİN başçısı Vladimir Norov ilə də telefonla danışıb. Ceyhun Bayramov, Vladimir Norovun dost və qardaş Özbəkistanın xarici işlər naziri vəzifəsində çalışdığı müddətdə ölkələrimiz arasında yüksək səviyyəli əməkdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində səylərini məmnunluqla vurğulayıb və qarşı tərəfə təşəkkürünü ifadə edib. 

O, Vladimir Norova yeni vəzifəsində müvəffəqiyyətlər arzulayıb.

Son xəbərlər

Orphus sistemi