Ceyhun Bayramov: Münaqişələrin kənar təsirləri qlobal iqlim problemlərini daha da dərinləşdirir

Ceyhun Bayramov: Münaqişələrin kənar təsirləri qlobal iqlim problemlərini daha da dərinləşdirir Münaqişələr və onların yan təsirlərini qlobal iqlim problemlərini daha da dərinləşdirir.
COP29
15 Noyabr , 2024 10:16
Ceyhun Bayramov: Münaqişələrin kənar təsirləri qlobal iqlim problemlərini daha da dərinləşdirir
Ceyhun Bayramov

Münaqişələrin kənar təsirləri qlobal iqlim problemlərini daha da dərinləşdirir.

“Report” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov noyabrın 15-də Bakıda Azərbaycanın COP29 Sədrliyi çərçivəsində yaradılmış Birgə Təşəbbüs - Azərbaycan, Misir, Almaniya, İtaliya, Uqanda, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya və Beynəlxalq Miqrasiya Təşkilatının (İOM) birgə təşkilatçılığı ilə “İqlim və Sülh: heç kimi arxada qoymamaq naminə birgə fəaliyyət” adlı yüksəksəviyyəli panel iclasında çıxışında deyib.

Onun sözlərinə görə, COP29-da sədrliyin əsas məntiqlərindən biri də bu məsələ ilə bağlı bütün tərəfləri bir araya gətirməkdir:

“Biz müxtəlif ölkələrlə həll yönümlü çıxış yolları hazırlayırıq. Odur ki, tərəfdaşlara Azərbaycana inandığına, etibar etdiyinə görə təşəkkür edirəm. Vaxtı hədər vermək olmaz. Bəyanatları konkret tədbirlərə çevirmək lazımdır”.

Son xəbərlər

Orphus sistemi