Ceyhun Bayramov Mövlud Çavuşoğlu ilə danışıb, seçkilərlə bağlı təbriklərini çatdırıb
Xarici siyasət
- 15 may, 2023
- 12:23
Mayın 15-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
C.Bayramov Türkiyədə keçirilən prezident və parlament seçkilərində Prezident Rəcəb Tayyib Ərdoğanın və hakim Ədalət və İnkişaf Partiyanın səs çoxluğu ilə irəlidə olması münasibətilə nazir M.Çavuşoğluna təbriklərini çatdırıb. Bu seçkilər nəticəsində qardaş Türkiyənin daha da güclənəcəyinə əminlik ifadə olunub.
Xarici işlər naziri M.Çavuşoğlu göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.
Telefon danışığı zamanı həmçinin bölgədə cari vəziyyət və sülh danışıqları üzrə son yeniliklər müzakirə edilib.
Son xəbərlər
17:04
Kobi Montqomeri NTD komandasını tərk edib
Komanda16:57
Video
Dağıstanın su altında qalmış bölgələrindən üç mindən çox sakin təxliyə edilib - YENİLƏNİB
Region16:42
Səhhəti pisləşən Mirça Luçesku xəstəxanaya yerləşdirilib
Futbol16:23
Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunacaq
Mədəniyyət16:22
Foto
Video
Binəqədidə yerləşən anbardakı yanğın tam söndürülüb - YENİLƏNİB-4
Hadisə16:17
Çeçenistanda əlverişsiz hava şəraiti ilə bağlı fövqəladə vəziyyət elan edilib
Region16:04
"Naxçıvan" voleybol komandası U-14 Azərbaycan çempionatının qalibi olub
Komanda15:58
KİV: Yurgen Klopp mövsümün sonunda "Real"a rəhbərlik edəcək
Futbol15:54